Messi daha bir rekorda doğru

XƏBƏR 19 Fevral 2012 / 02:33 2268
-  A +

"Barselona" klubunun ulduzu futbolçusu Lionel Messi daha bir rekorda imza atmağa hazırlaşır.

Qol.Az-ın məlumatına görə, bazar günü "Barselona" forması altında 200-cü matçına çıxacaq argentinalı futbolçu bununla da, La Liqada ən çox oyun keçirmiş gənc oyunçu adını qazanacaq.

Hələlik isə bu rekord Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Xavi Hernandezə məxsusdur. 25 yaşında "Barselona"nın forması altında 200-cü matçına çıxan Xavinin bu rekordu Messiyə təhvil verməsinə isə çox az qalıb.

La Liqanın növbəti turunda "Valensiya" ilə görüşdə 200-cü matçına çıxacaq "Leo" rekordlarının sırasına daha birini əlavə edəcək. Messi Xavidən fərqli olaraq bu rekorda 25 deyil, 24 yaşında imza atacaq. 

Qeyd edək ki, Messi "Barselona"nın heyətində ilk La Liqa matçına 2004-cü ilin noyabrın 16-da "Espanyol"la (0:1) görüşdə çıxmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi