Şakiri, Ramazani və Emin "Bakı"yla oyun haqda nə düşünürlər?

XƏBƏR 6 Mart 2009 / 12:10 2318
-  A +

XVII turun mərkəzi oyunun “Bakı”yla “Qarabağ” arasında baş tutacaq. Qol.Az-ın “Qarabağ”ın rıəsmi internet saytına istinadən verdiyi məlumata görə, Ağdam klubunun bəzi üzvləri vacib oyun haqda fikirlərini bildiriblər.

Artim Şakiri: “Cokoyla həyatda da yaxın dostuq. “Bakı”nın çalışdırıcısı əla insandır. Lakin mən peşəkaram. Haciyevskinin komandasını məğlub etsək, buna sevinərəm. Hər halda, komandamın qələbəyə ehtiyacı var. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam ki, “Qarabağ” qələbə qazansın. İlk dövrədəki məğlubiyyətin əvəzini çıxmalıyıq”.

Zəkəriyyə Ramazani: “Hacıyevskiylə birgə çalışdığımdan onun məşqçi psixologiyasına bələdəm. Bir müdafiəçi kimi çalıçacam ki, hüçumçulara keçid verməyim. Ürəyimə damıb ki, bu oyunda qələbə qazanacağıq”.

Emin İmaməliyev: “Sonuncu matçda xal itkisindən sonra “Bakı”yla oyunda qələbə qazanmağa məcburuq. Belə oyunlara köklənməyi daha yaxşı bacarıram. Çalışacam qol vurum. “Bakı”nı udacaq gücdəyik. Sübut etmişik ki, iddialı komandalara qarşı daha yaxşı oynayırıq”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi