Aleksandr Starkov: "Jaba, Cefferson və Roşa "Bakı"da çıxış etməyəcək"

Aleksandr Starkov: "Jaba, Cefferson və Roşa "Bakı"da çıxış etməyəcək"
ÖLKƏ FUTBOLU 21 Yanvar 2011 / 16:04 3221
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən paytaxtın "Bakı" klubu bu gün ilk yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, Qazaxıstanın "Akjayik" (Uralsk) klubu ilə qarşılaşmada 3:0 hesabı ilə qalib gələn "Bakı"nın yeni baş məşqçisi Aleksandr Starkov artıq 3 futbolçudan imtina edib. Bunlar Anqulo Cefferson, Jaba və Leonardo Roşadı. Buna səbəb isə həmin futbolçuların hələ də komandanın düşərgəsində olmamasıdır. Adı çəkilən futbolçular öz ölkələrində olduqları üçün komandanın təlim-məşq toplanışında iştirak etmirlər.

Starkov isə bununla bağlı açıqlamasında "mən bu futbolçuların oyununu izləməmişəm. Gördüyünüz kimi, həmin futbolçular komandanın düşərgəsinə belə gəlməyiblər. Futbolçular öz klublarında çıxış etməkdə daha maraqlı olmalıdırlar. Lakin artıq bu 3 futbolçu "Bakı"da çıxış etməyəcək" - deyə bildirib.

Qeyd edək ki, onların əvəzinə yeni futbolçuların alınacağı gözlənilir.

Daha çox


Son xəbərlər
03.05.25  18:57

"Real"da növbəti itki

03.05.25  09:00

"Real"dan gedir