Bu gün Qol.Az saytında «İnter» və «Standard» klublarının rəsmi internet saytlarının başlanğıc səhifəsinin doğma Azərbaycan dilində deyil, rus dilində olmasıyla bağlı yazısına «İnter» klubu operativ reaksiya verib. Əvvəlcə bununla bağlı «İnter»in rəsmi səhifəsində çıxan xəbəri olduğu kimi, nöqtəsinə-vergülünə toxunmadan dərc edirik:
«Bu gün bəzi hörmətli müstəqil idman portallarında "İnter" PİK-in ünvanına əsası olmayan ciddi ittiham irəli sürülüb. İddia edilir ki, guya "İnter" PİK-in rəsmi saytı rus dilində açılır. Klubumuza aid belə yanlış məlumatı portallarında bir daha yerləşdirməmələri üçün hörmətli araşdırmaçılara bir neçə məsləhət verməyi özümüzə borc bilirik.
Birinci mərhələdə "www" yazın, sonra "." işarəsini qoymağı yaddan çıxartmayın. İkinci mərhələ bir qədər sadədir, yəni "." işarəsindən sonra "inter" sözünü yazmaq lazımdır. Üçüncü mərhələdə yenə "." işarəsini yazmaq lazım gələcək.
Sonuncu dördüncü mərhələdəsə "." işarəsindən sonra "az" sonluğunu, daha doğrusu domenini yazmaq tələb olunur.
Bütün bu mərhələləri keçdikdən sonra saytın Azərbaycan dilində açılmasının şahidi olacaqsınız».
Biz və bizim xahişimizlə digər dostlarımız «İnter»in saytındakı bu dəyərli məsləhətlərə əməl edib www.inter.az ünvanına bir daha daxil olduq. Bu dəfəki mənzərə isə lap qəribə və məzəli idi: bu dəfə «İnter»in başlanğıc səhifəsi qarşımıza… ingilis dilində çıxdı. «İnter»dən bir neçə məsləhət» adlı xəbəri çıxmaq şərtiylə bütün məlumatlar ingilis dilindəydi. Doğrusu, ilk əvvəl səhvə yol verdiyimizi düşündük. Bu dəfə ayrı-ayrı kompüterlərdən sayta daxil olduq. Amma nə qədər etsək də, nə qədər çalışsaq da, «İnter»in başlanğıc səhifəsində Azərbaycan versiyasına rast gəlmədik ki, gəlmədik: qarşımıza saytın ya ingilis, ya du rus versiyaları çıxdı.
Biz «İnter»in rəsmi səhifəsində çıxan məlumatdan komandanın bolqarıstanlı prezidenti Georgi Nikolovun xəbəri olduğuna qətiyyən şübhə etmirik. Bu mənada, belə çıxır ki, məhz Nikolovun tapşırığı və ya razılığı ilə «İnter»in rəsmi saytı öz «dəyərli» məsləhətində bizə İnternet saytına necə daxil olmağın yolunu öyrətmək, bir az da kobud desək, azərbaycanlı jurnalistlərə ağıl vermək eşqinə düşüb.
Biz sizin məsləhətinizə qulaq asdıq, amma özümüz qətiyyən məsləhətçi iddiasına düşmək niyyətində və həvəsində deyilik. Sadəcə, bu yazının sonunda iki şəkli dərc etməklə özünüzün bizə verdiyiniz faktı ortaya qoyacağıq. Qoy, oxucu da «İnter»in saytındakı «düzəliş»in şahidi olsun və kimin məsləhətə daha çox ehtiyacı olduğuna özü hökm versin…
Qol.Az
"Levski" tarixi klubdur" - Cesse Sekidika
"Bizi nəyin gözlədiyini bilirəm" - Valdas Dambrauskas
"Şamaxı" Şuaybunun transferini rəsmən açıqladı
“Qəbələ”də yeni təyinat - Rəsmi
“İmişli” “Şamaxı” ilə oyundan imtina etdi
"Levski"nin qapıçısı sabahkı oyundan danışdı
“Sabah” artıq Bolqarıstandadır - Şəkillər
"Milan" üçün İtaliyaya uçdu
Stanislav Çerçesovun yeni iş yeri məlum oldu
"Karvan"dan 13-cü transfer
“Liverpul”dan Fransa klubuna - Rəsmi
"Çelsi" 18 yaşlı futbolçu aldı
İngiltərə Premyer Liqası Azərbaycanda bu kanalda
"Araz-Naxçıvan"ın oyunlarının hakimləri açıqlandı
"Mançester Yunayted"lə razılaşdı
"İmişli" qanalı futbolçu transfer etdi
"Barselona"nın "Kamp Nou"ya qayıdacağı vaxt məlum oldu
Darvin Nunyes "Liverpul"u tərk edir
"Qəbələ"dən Abdullahi Şuaybu ilə bağlı qərar - Rəsmi
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb
Qurban Qurbanovdan Kadi açıqlaması
Daha 4 il “Qalatasaray”da
"Qarabağ"ın "Şkendiya" üzərindəki qələbəsii - Video
Çempionlar Liqasında gecənin nəticələri
"Bakıda daha diqqətli və ciddi olmalıyıq" - Qurban Qurbanov
“Qarabağ” "Şkendiya"ya qalib gəldi
“Portu”nun sabiq kapitanı vəfat etdi
"Liverpul"un yetirməsi rəsmən "Lion"da
Gürcüstan millisinin oyunçusu "Udineze"yə keçdi
“Qarabağ” “Şkendiya” ilə oyuna bu heyətlə çıxacaq