Fransa Futbol Federasiyası ötən günlərdə ölkə çempionatının (Liqa 1) ən böyük derbilərindən hesab edilən PSJ ilə Marsel “Olimpik”i arasındakı qarşılaşmalarda ev sahibi olan komandanın stadionuna səfərdə oynayacaq komandanın azarkeşlərini buraxmamaq barədə qərar qəbul etmişdi. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar marsellilərin narazılığına səbəb olub. Belə ki, “Olimpik” rəhbərliyi artıq FFF-ə müraciət edərək, qərarın ləğv edilməsini tələb edib. Marsellilərin açıqlamasında deyilir ki, əgər bəhs edilən qərar ləğv edilməsə, onlar çempionatın növbəti turundakı qarşılaşmada çıxış etməyəcəklər. Klubdan da məsələ ilə bağlı açıqlama verilib. Açıqlamada deyilir: “Biz bu qərarla bağlı apelyasiyaya müraciət etmişik. Hesab edirik ki, azarkeşlərimizin təhlükəsizliyinə təminat verilmirsə, məqşçilərin, futbolçularımızın, rəhbərliyimizin də təhlükəsizliyinə zəmanət verilmir”.
Xatırladaq ki, Fransa Futbol Federasiyasının belə bir addım atmağa vadar edən səbəb adı çəkilən iki klub arasında ötən mövsüm baş tutmuş qarşılaşmada bir azarkeşin dünyasını dəyişməsi olub. Apelyasiyaya müraciətin necə nəticələnəcəyi isə gələn günlərdə müəyyən olacaq.
"Barselona"da itki
"Milan" onu satır
"İnter" rədd cavabı aldı
Millimiz İslandiyada - Şəkillər
"Beşiktaş"dan yeni transfer
“Fənərbaxça” Aktürkoğlunun transferini açıqladı
"Qarabağ"ın futbolçusu Çexiya və Xorvatiyaya qarşı oynayacaq
Gündoğan "Qalatasaray"a keçəcəyini təsdiqlədi
"Qızıl Top"u istəmədiklərini deyənlər yalan danışır"
"Real"ın sabiq oyunçusu İtaliya A Seriyasında
"Zirə" rəhbərliyi yüksək bal toplayan futbolçusu ilə görüşdü
"Xankəndi"dən İbrahim Uzunca ilə bağlı yeni qərar
"Yuventus"dan daha bir transfer
"Sabah" Avstriyada ikinci oldu
"Benfika"dan hücumçu transferi
"Liverpul" Elliotu "Aston Villa"ya göndərdi
Aleksandr Zinçenko bu kluba keçdi
"Yuventus" Kosovo millisinin üzvünü aldı