“Xəzər Lənkəran” Türkiyədə gücünü həvəskarlara göstərdi

“Xəzər Lənkəran” Türkiyədə gücünü həvəskarlara göstərdi
XƏBƏR 9 Oktyabr 2010 / 15:49 1911
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” yoxlama görüşündə qüvvəsini sınayıb. Qol.Az-ın məlumatına görə, Mirça Rednikin çalışdırdığı cənub təmsilçisinin rəqibi həvəskarlar liqasında çıxış edən “Muradpaşa Bələdiyyəspor” olub. Gözlənildiyi kimi, qarşılaşmada səviyyə fərqini ortaya qoymağı bacaran lənkəranlılar bunu hesabda da əks etdirib. Futbolçularımız rəqib qapısından 8 cavabsız qol keçiriblər. Komandamız elə matçın 1-ci dəqiqəsində hesabı açıb. “Xəzər Lənkəran”ın heyətində baxışda olan 2 portuqaliyalı futbolçudan biri – Simone rəqibi cəzalandırıb. Ardından dubla imza atan Emeka Opara, Allan Lalin və Katalin Domanla yanaşı Xaqani Məmmədov da fərqlənməyə imkan tapıb. Beləcə Rednikin komandası bir həftəlik toplanış çərçivəsindəki ilk saınağından 8:0 hesablı qələbəylə ayrılıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır