“Eskişəhərspor” yenə uduzdu, Rəşad Sadıqov debüt edə bilmədi

XƏBƏR 11 Sentyabr 2010 / 12:21 2202
-  A +

Türkiyə Super Toto Superliqasının 4-cü turuna start verilib. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan turun açılış oyununda son ölkə çempionu “Bursaspor” millimizin kapitanı, “Qarabağ”ın sabiq müdafiəçisi Rəşad Sadıqovun yenicə transfer olunduğu “Eskişəhərspor”u qəbul edib. Cari mövsümə də uğurlu başlayan bursalılar ardıcıl 4-cü qələbəsini qazandığı halda, rəqibindən fərqli məğlubiyyətləri sıralayan Əskişəhər təmsilçisi yenə xalsız qalıb. Baxmayaraq ki, oyunda hesabı məhz qonaqlar açıb. Lakin ilk yarıdan fərqli, ikinci hissədə daha üstün və ağıllı iyun sərgiləyən meydan sahibləri 7 dəqiqə ərzində vurduqları iki qolla matçda dönüş yarada və əzmkar qələbəyə imza ara biliblər.
Həmyerlimizin “Bursaspor”la qarşılaşmada debüt edəcəyi gözlənilsə də, bu baş tutmayıb. Çünki eskişəhərlilərin baş məşqçisi Rza Çalımbay Rəşada nəinki start heyətində, heç “ilk 18-lik”də də yer verməyib. Halbuki, Sadıqov bu qarşılaşmada debüt etsəydi, həm də onu vaxtilə “Kayserispor”a aparmış Ərtoğrul Sağlamın komandasına qarşı oynamış olacaqdı. Beləcə, millimizin üzvünün Türkiyə Superliqasının carı mövsümündəki debüt həsrəti ən azı bir həftəlik uzanıb.

Türkiyə Superliqası
4-cü tur
10 sentyabr

“Bursaspor” – “Eskişəhərspor” – 2:1
Qollar: Nunyes, 70. Sercan Yıldırım, 77 - Sezer, 19.


Son xəbərlər