"Bu, mənim məğlubiyyətimdir" - Varan

"Bu, mənim məğlubiyyətimdir" - Varan
XƏBƏR 8 Avqust 2020 / 14:00 3673
-  A +

"Real"ın müdafiəçisi Rafael Varan ötən gecə Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə məğlub olduqları matçın (1:2) məsuliyyətini öz üzərinə götürüb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər"in hər iki qolu Varanın səhvlərindən sonra vurulduğu üçün müdafiəçi özünü günahkar hesab edir:

"Bu, mənim məğlubiyyətimdir.  Məsuliyyəti üzərimə götürməliyəm. Yaxşı hazırlaşmışdıq. Amma mənim səhvlərimin qarşılığını ödədik. Komanda yoldaşlarıma görə çox məyusam. Hesab 1:1 olanda növbəti tura keçmək üçün şansımız var idi, lakin olmadı".

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında "Real" - "Mançester Siti" cütü arasında keçirilən hər iki qarşılaşmada İngiltərə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi