"Qarabağ"ın başqanı Tahir Gözəl son günlərdə Tovuz rayonunda erməni təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına isə başsağlığı verib.
Qol.az xəbər verir ki, bununla bağlı o, klubun saytına açıqlamasında deyib:
"İyulun 12-dən başlayaraq Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı başlamışdır. Lakin bu təxribata ordumuz düşmənin layiqli cavabını vermişdir və verməkdə də davam edir. Ordumuz tam ruh yüksəkliyi ilə düşmən qarşısında mərdanə dayanıb. Döyüşçülərimizin bu qəhrəmanlıqları bir zəfər kimi hər zaman yaddaşlarda qalacaq.
Bu döyüşlər nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.
Biz də adını daşıdığımız klubun əhəmiyyətini yaxşı dərk edirik və bununla fəxr edirik. Hər zaman ilk məqsədimiz Qarabağ həqiqətlərini və erməni təxribatlarını dünyaya çatdırmaqdır. Və bu missiyanı davam etdirmək üçün hər zaman əlimizdən gələni edəcəyik. "Qarabağ" FK da bugün yaşıl meydanlarda bu həqiqəti aşılamaq üçün mücadilə aparır. Hər zaman dünyada sülhün bərqərar olması bizim ən böyük təmənnamızdı. İstənilən halda, biz dövlətimizə, prezidentimizə, ali baş komandamıza, ordumuza, xalqımıza güvənirik və yanındayıq."
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi