Azərbaycan hökumətinin koronavirusla bağlı elan etdiyi sərt karantin rejimi iyulun 5-də başa çatır. Amma tətbiq edilən qadağalara baxmayaraq, son günlər bu xəstəliyə yoluxma sayının daha da artması narahatlıq doğurur. Gün ərzində minumum 500 vətəndaşımızın virusa yoluxduğunu nəzərə alsaq, sərt karantinin növbəti dəfə uzadılmaq ehtimalı az deyil. Belə olan halda, bütün digər sahələrdə olduğu kimi, idman və futbolda da vəziyyət daha pis hal alacaq.
İndiki durum xüsusən narahatlıq doğurur. Çünki avqustda avrokuboklar, sentyabrın əvvəlləri Millətlər Liqasının oyunları başlayır. Klublar və milli üzvlərinin fiziki durumu isə həmin turnirlərə hazır deyil. Ona görə ki, iyunun 1-21-i arasındakı qısa dövrü çıxmaqla komandalar son üç ayda faktiki olaraq, məşqsiz, oyunsuz qalıblar. AFFA çempionatı dayandırmalı olub, hökumətin qərarına əsasən isə komandalar məşq keçə bilmirlər. Normalda bu vaxtlar təlim-məşq toplanışında olmalı idilər. Amma indi hamısı evdə qalıb, bekarçılqdan “Çukur”un köhnə seriyalarını izləmək məcburiyyətindədirlər.
Belə bir durumda yenə də dövlətin idmana cavabdeh qurumu olan Gənclər və İdman Nazirliyinin, eləcə də AFFA-nın məsuliyyəti daha da artır. Hazırda yerli çempionatda yeni mövsümün nə zaman başlayacağı ikinci plandadır. İndi ilk növbədə Avropa kuboklarında oynayacaq dörd komandamıza (“Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”) hazırlıq üçün şəraitin yaradılmasıdır. Əks halda bu, klubların avrokuboklarda, sonra isə millinin Millətlər Liqasındakı nəticələrində mənfi təsirini göstərəcək. Fərz edək ki, lap bu həftə karantin rejimi yumşaldıldı. Yenə də Bakıdakı hazırlıq heç bir klub üçün fayda verməyəcək. Yox, əgər sərt karantin uzadılsa, hökumət tərəfdən istisna hal kimi avrokuboklara qatılacaq dörd komandaya məşq üçün icazə alınmalıdır. Çünki söhbət artıq Azərbaycan idmanın beynəlxalq imicindən gedir.
Və bu icazə olsa həmin komandaların Bakıda deyil, sərt karantin rejiminin tətbiq edilmədiyi Qəbələyə gedərək təlim-məşq toplanışlarını orada təşkil etməsi bu gün üçün ən yaxşı çıxış yolu olar. Əvvəla orada paytaxta nisbətən həm hava sərindir, həm meydançalar yaxşı vəziyyətdədir, həm də komandaların bir-biri ilə yoxlama matçları, yaxud mini-turnir keçirilməsi mümkündür.
Təəssüf ki, məlum səbəblərdən sərhədlər bağlanıb və komandalar əvvəlki illərdəki kimi xaricə hazırlığa gedə bilmirlər. İşin daha bir mənfi tərəfi odur ki, bəzi klublar legioner almaq istəsələr də, tərəddüd qarşısındadırlar: aldıqları futbolçu bura necə gələcək? Məsələn, Çempionlar Liqasında oynayacaq “Qarabağ” Kevin Medina adlı müdafiəçi transfer edib. Amma o, neçə vaxtdır, Portuqaliyadan gəlib yeni komandasının düşərgəsinə qoşula bilmir.
Bu sadaladıqlarımız Avropa kuboklarında yarışacaq klublarımızın çıxışına mənfi təsir göstərə biləcək əsas faktorlardandır. Deməli, mümkün risklər indidən nəzərə alınmalıdır. Yoxsa, İdman Nazirliyi və AFFA tədbirli davranıb indidən gərəkən addımları atmasa, bu, komandaların nəticələrində yaxşı iz qoymayacaq.
Aydın BAĞIROV
"Qarabağ" - "Zirə" matçında vurulan qollar - Video
Millimiz böyük hesabla Gürcüstana uduzdu
"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov
"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
"Şəfa" və "Səbail"dən qələbə
"Daha aqressiv kollektiv görmək istəyirik" - Adil Şükürov
"Daha da yaxşı olmalıyıq" - Elmar Baxşıyev
"Turan Tovuz" futbolçularını "Qəbələ" və "Kəpəz"ə verdi
"Qarabağ" - "Zirə": Heyətlər
“Mançester Yunayted”də Onananın gedişinə görə rahatlıq
Millimizin yekun heyəti müəyyənləşdi
Təxirə salınan “Sabah” – “Qarabağ” matçının vaxtı bilindi
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Turan Tovuz"un hücumçusu "Kəpəz"də - Rəsmi
Arne Slot ayın ən yaxşısı seçildi
"Sumqayıt"dan ayrıldı, "Səbail"ə keçdi
Azərbaycan millisi Avropa çempionatının yarımfinalında
Qalyardini bu kluba keçdi
"Beşiktaş"ın futbolçusu Yunanıstan klubunda
Azərbaycanlı futbolçu Cənubi Afrika klubunda - Rəsmi
Slimaninin yeni klubu bilindi
AFFA Hakimlər Komitəsinin sədrinə Rusiyada vəzifə verildi
"Roma"nın futbolçusu "Benfika"da
Ronaldinyonun oğlu Acunun klubunda
1:11 uduzdular, baş məşqçini göndərdilər
"Napoli"nin futbolçusu Rusiya klubuna keçdi
"Qarabağ"ın rəqibi Laporteni aldı
Onana rəsmən “Trabzonspor”da
Daha bir klub Şamaxıya köçdü
Oçoa karyerasını Kiprdə davam etdirəcək
Çempionlar Liqasının finalı bu stadionda oynanılacaq - Rəsmi
"Liverpul" Salahın yerinə onu nəzərdən keçirir
UEFA Superkubokunun matçı bu stadionda keçiriləcək
"Mingəçevir" daha iki transferini gerçəkləşdirdi
"Atletik" onu qeydiyyatdan keçirə biləcək
"Qarabağ"dan ayrıldı, "Sabah"a qayıtdı - Rəsmi
1-ci liqada yeni mövsümün ilk oyunları keçirildi
"Səbail" növbəti transferini açıqladı
"Sumqayıt" onunla yollarını ayırdı
"Turan Tovuz"dan yeni transfer - Rəsmi
Millimiz Belçikaya qalib gəldi
Kenan Yıldız A seriyasının ən yaxşısı seçildi
Luis Enrike əməliyyat olundu
Marko Roys klub prezidenti oldu
“Ayın qolu” layihəsində mövsümün ilk qalibi oldu - Video