“Özümdən asılı olsa, karyeramı bitirməzdim" - Totti

“Özümdən asılı olsa, karyeramı bitirməzdim" -  Totti
DÜNYA FUTBOLU 24 Mart 2020 / 12:58 1855
-  A +

“Son zamanlar meydana çıxıb, yarım saat oynayır və istədiyini edə bilirdim. Karyeramı bitirməyi əsla istəmirdim”.

Qol.az xəbər verir ki, bu sözləri “Roma”nın canlı əfsanəsi Françesko Totti İtaliyada qatıldığı bir televiziya proqramında deyib.

O, futbol oynamaq üçün darıxdığını bildirib: “Özümdən asılı olsa, karyeramı bitirməzdim. Oyunlar üçün çox darıxıram. Futbolu buraxdıqdan sonra hər şeyə yenidən başlamalı və özünü yenidən kəşf etməli olursan. Futbolda idarəçi və futbolçu olmaq çox fərqli rollardır”.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Roma”dan (1992-2017) başqa heç bir klubda çıxış etməyən İtaliya millisinin sabiq üzvü bir müddət əvvəl  “canavarlar”ın idman direktoru təyin olunsa da, klub rəhbərliyi ilə arasındakı fikir ayrılığına görə istefa verib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı