Mottadan tarixi əvəzləmələr və əzmkar qələbə - Video

Mottadan tarixi əvəzləmələr və əzmkar qələbə -  Video
VİDEO 27 Oktyabr 2019 / 17:12 6641
-  A +

"Cenoa"nın yeni baş məşqçisi Tiaqo Mottanın debütü uğurlu alınıb.

Qol.az xəbər verir ki, İtaliya A Seriyasında 9-cu turunda "Breşiya"nı qəbul edən komanda  0:1 hesabı ilə geri düşdüyü oyunda əzmkar qələbə qazanıb - 3:1.

Meydan sahiblərinin hər üç qolunu isə sonradan meydana daxil olan futbolçular - Kevin Aqudelo (66), Kristian Kaume (75) və Qoran Pandev (79) vurub.

İtaliya mətbuatı yazıb ki, daha əvvəl A Seriyasında meydana sonradan daxil olan hər üç futbolçu qol vurmayıb.

"Cenoa" bu qələbə ilə xalını 8-ə çatdıraraq 17-ci pilləyə yüksəlib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi