Futbol qaydalarına bir sıra dəyişiklik edilib.
Qol.az xəbər verir ki, bu barədə Futbol Assosiasiyaları Beynəlxalq Şurasının (IFAB) Şotlandiyanın Aberdin şəhərindəki 133-cü ənənəvi iclasında qərar verilib.
Dəyişikliklər aşağıdakı kimidir:
1. Əllə oyun haqqında qayda
Hücum edən futbolçu qəsdən və ya bilməyərəkdən əllə qol vursa, bu halda qol qeydə alınmayacaq. Oxşar vəziyyətdə futbolçu qol vəziyyəti yaratsa, oyun dayandırılacaq.
2. Əvəzetmə haqqında qayda
Əvəzlənən futbolçunun texniki zonaya qədər gəlməsinə ehtiyac olmayacaq. O, özünə ən yaxın yerdən meydanı tərk edə bilər.
3. Qapıdan zərbə haqqında qayda.
Qapıdan zərbə zamanı topun cərimə meydançasından çıxana qədər rəqibin ona toxunmaması qaydası da ləğv olunub.
4.İntizam qaydası
İdmançıya yaraşmayan hərəkətlərə görə meydandan kənardakı texniki heyətə sarı və qırmızı vərəqə göstərilməsi mümkün olacaq.
5.Cərimə zərbəsi haqqında qayda
Cərimə zərbələri zamanı hücum edən komandanın futbolçuları canlı səddə azı 1 metr aralı dayanmalıdır.
6.Mübahisəli top haqda qayda
Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.
7.Penalti haqda qayda
Penalti zərbələri zamanı qapıçının bir ayağının qapı xəttində olması kifayət edəcək.
Qeyd edək ki, yeni qaydalar 2019-cu ilin iyun ayından etibarən qüvvədə olacaq.
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı
"Səbail" Adil Şükürovla yolları ayırdı
Xusanov operatarou zədələdi - Şəkil
"Qəbələ"dən 1-ci liqa klubuna keçdi