Azərbaycan üçün yeni turnir - MDB Oyunları

Azərbaycan üçün yeni turnir -  MDB Oyunları
XƏBƏR 12 Dekabr 2018 / 12:10 4888
-  A +

Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları keçirilə bilər.

Qol.az-ın "TASS" agentliyinə istinadən yaydığı xəbərə görə, Rusiyanın idman naziri Pavel Kolobkov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bununla bağlı təklif irəli sürüb.

Kolobkov 1-ci MDB Oyunlarını 2020-ci ildə Rusiyanın Kazan şəhərində təşkil etmək istədiklərini bildirib. O, buna tam hazır olduqlarını deyib: "Belə bir möhtəşəm idman tədbirinin birgə təşkili fərqli öləkələrdən olan insanların, mədəniyyətlərin və baxışların idmanda bir araya gəlməsini göstərmək baxımından əhəmiyyətli olacağına əminəm. Biz ilk MDB Oyunlarının təşkilatçısı kimi çıxış etməyə və bu yarışı Kazanda keçirməyə hazırıq”.

Qeyd edək ki, MDB 8 dekabr 1991-ci ildə təsis edilib. Təşkilatın həqiqi üzvləri Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Moldova, Tacikstan və Özbəkistandır.

Xatırladaq ki, 2019-cu il 21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunları keçiriləcək. Bu yarışın ilk təşkilatçısı isə 2015-ci ildə Azərbaycan olub.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi