"Qarabağ"la matçdan 72 saat keçməmiş yenidən oyuna çıxdıq. Dünya praktikasına belədir ki, futbolçu 72 saat istirahət etməlidir. Ancaq bizdə vaxt az oldu. Buna baxmayaraq, komandadan istədiyim futbolu gördüm. Hücumda problemlərimiz var. Erkən qol planlarımza təsir etdi. Bilirdik ki, "Neftçi" müdafiə futbolu oynayacaq. Hücum etməyi, rəqibi təzyiq altında saxlamağı tapşırmışdım. Məğlubiyyətə baxmayaraq, oyundan razı qaldım. Qış fasiləsinədək 4 tur var. Getdikcə daha maraqlı futbol oynayan "Keşlə" görəcəksiniz”.
Qol.az-ın məlumatına görə, bu sözləri Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 10-cu turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçrilən mətbuat konfransında deyib.
O, rəqibin sabiq klubu “Neftçi” olmasının oyunlarına təsir edib-etmədiyi ilə bağlı sualı belə cavablandırıb: "Bu, artıq keçmişdə qalıb. AZAL-da, “Xəzər Lənkəran”da da işləmişəm. Peşəkar fəaliyyətdə hər il dəyişiklik ola bilər. Bunlardan mənim işimə problem yaradacaq nəsə yoxdur. Keçmişlə yaşamıram".
T.Əhmədov bildirib ki, komandasının çempionatını 3-cü pillədə başa vurmağını bacarıb-bacarmayacağı görəcəkləri işdən asılıdır: "Bu, kollektiv işdir. Hər halda, burda hamı uğur üçün çalışır. Oyunumuzda da fərq var. Addım-addım işimizi görməyə başlayırıq. "Keşlə"də olduğum bu qısa müddətdə əsas görəcəyim iş sırf taktiki, psixoloji hazırlıqla bağlı idi. Çalışacağıq ki, komandanı daha yuxarı aparaq".
O, istirahət üçün az vaxtın olması bağlı harasa müraciət etmədiklərini vurğulayıb: " Əvvəldən məlum idi ki, bu gün oynayacağıq. İstəyirdik, bəlkə bir gün sonraya keçirək. Ümumiyyətlə, dünya futbolunda 72 saat istirahət var. Bunu əlimizdə bayraq etmirik. Sadəcə rəqib 1 həftə, biz 2 gün dincəlmişdik. Xüsusi qabartmağa ehtiyac yoxdur".
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov