"Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq"

"Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq"
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2018 / 12:35 4882
-  A +

"Daim müdafiədə oturan komandaya qarşı oynadıq. Rəqibin 1-2 cəhdi oldu ki, onlardan da biri penalti ilə nəticələndi".

Qol.az-ın məlumatına görə, bu sözləri Norveçin 21 yaşadək futbolçularından ibarət yığmasının baş məşqçisi Leif Qunnar Smerud ölkəsinin "TV2" kanalına açıqlamasında deyib. Avropa çempionatının seçmə mərhələsinin son turunda U-21 yığmamızla ev oyununu dəyərləndirən mütəxəssis millimizin ancaq müdafiədə oturduğunu qeyd edib. O, hətta buna görə qarşılaşmanı həndbol matçına bənzədib:

"Elə təəssürat yaranırdı ki, futbol yox, sanki həndbol oynayırıq. Çünki daim rəqibin cərimə meydançasının ətrafında olurduq, amma fərqlənə bilmirdik. Düşünürəm ki, daha çox qol vurmalı idik".

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu penaltidən Fəhmin Muradbəyli vurub.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır