BATE-nin prezidenti xərçəngdən öldü

BATE-nin prezidenti xərçəngdən öldü
XƏBƏR 22 Sentyabr 2018 / 17:05 2723
-  A +

Belarusun BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 20 yaşında olarkən xərçəng aşkarlanan Kapski o vaxtdan şişlə mübarizə aparıb.

Kapski 1996-cı ildə BATE-nin yaradılmasının təşəbbüskarlarından olub. Borisov təmsilçisi 14 dəfə Belarus çempionu və 3 dəfə ölkə kubokunun sahibi olub.

Xatırladaq ki,  bu mövsüm BATE Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Bakıda 1:0 hesablı qələbə qazanan Borisov klubu öz meydanında 1:1 heç-heçə ilə “Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdırıb.
 

Daha çox


Son xəbərlər
17.10.18  21:15

Mane əməliyyat olundu

17.10.18  20:30

Venger qayıdır

17.10.18  18:33

Mourinyo cəzalandı

17.10.18  14:38

Gürcüstanla fərqimiz