"Liverpul" Salahı polisə şikayət etdi

"Liverpul" Salahı polisə şikayət etdi
XƏBƏR 14 Avqust 2018 / 14:57 7021
-  A +

“Liverpul”  futbolçusu Məhəmməd Salahdan  polisə şikayət edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, misirli hücumçu maşın sürərəkən telefondan istifadə etdiyi üçün klub bu addımı atıb.

"Liverpul"un "Vest Hem" üzərində 4:0 hesablı qələbəsindən sonra azarkeşlər tərəfindən avtomobili dövrəyə alınan Salahın sükan arxasında olan zaman diqqətinin telefonda olması həvəskar kameraya tuş gəlib.

Bundan sonra Mersisayd polis mərkəzinin rəsmi “tvitter” hesabında bu açıqlama yayılıb: “Bir futbolçunun maşın sürən zaman telefondan istifadə etməsi barədə bizə xəbər verilib. Məlumatınız üçün təşəkkür edirik".

Həmin futbolçunun Salah, məlumatı verənin isə  “Liverpul” olduğu ortaya çıxıb.

“Liverpul”  rəsmi saytında yaydığı bəyanatla baş verən hadisəni təsdiqləyib: “Oyunçumuzla görüşdükdən sonra videoçarxı polisə təqdim etməyə qərar verdik.  Artıq bu haqda nə futbolçu, nə də klubdan hansısa bir açıqlama olacaq”.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır