Avroliqada mövsümün ən yaxşısı adına – 3 namizəd

Avroliqada mövsümün ən yaxşısı adına – 3 namizəd
DÜNYA FUTBOLU 9 Avqust 2018 / 18:15 3012
-  A +

UEFA Avropa Liqasında 2017-2018 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər 3 oyunçu turnirin son finalçıları "Atletiko" və "Marsel"dən seçilib. İspan klubundan Dieqo Qodin və Antuan Qrizmann, Fransa təmsilçisindən isə Dmitri Payet mükafat uğrunda yarışacaqlar.

Qeyd edək ki, səsvermə ötən mövsüm qrup mərhələsində iştirak edən 48 komandanın baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş 55 jurnalist arasında aparılıb. Qalibin adı avqustun 31-də keçiriləcək Avroliqanın qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Xatırladaq ki, ötən mövsüm bu ada turnirin son qalibi "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol poqba layiq görülmüşdü.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi