Azərbaycan Premyer Liqası Avropa reytinqində irəlilədi

Azərbaycan Premyer Liqası Avropa reytinqində irəlilədi
PREMYER LİQA 19 May 2010 / 10:56 4910
-  A +

Unibank Premyer Liqası cari mövsümün nəticələrinə görə, Avropada 53 ölkə arasında 38-ci mövqeyə yüksəlib. Qol.Az-ın verdiyi məlumata görə, UEFA-nın əmsallar cədvəlinə əsasən ötən mövsüm 41-ci yerdə olan Unibank Premyer Liqası 2009/2010-cu il mövsümünün yekunlarına görə 3 pillə irəliləyib və 38-ci pillədə qərarlaşıb.

Reytinqə ötən il olduğu kimi İngiltərə Premyer Liqası başçılıq edir.

Qeyd edək ki, reytinqdə Azərbaycandan sonrakı yerləri İslandiya, Makedoniya, Lixtenşteyn, Qazaxıstan, Estoniya, Albaniya, Ermənistan, Uels, Montoneqro, Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Andorra, Malta və San Marino çempionatları tutur.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi