Sxadadze Qriqorçuka rəqib oldu - Qazaxıstanda

Sxadadze Qriqorçuka rəqib oldu - Qazaxıstanda
XƏBƏR 15 İyun 2018 / 11:00 3881
-  A +

“İnter”in (indiki “Keşlə”) sabiq baş məşqçisi Kaxaber Sxadadze Qazaxıstanda işləyəcək.

Qol.az-ın “sports.kz” saytına istinadən yaydığı xəbərə görə, gürcüstanlı mütəxəssis “Ordabası” klubunun baş məşqçisi təyin olunub. Təcrübəli çalışdırıcı ilə bu gün rəsmi müqavilə imzalanacağı və ictimaiyyətə təqdim olunacağı gözlənilir. Sxadadzenin köməkçisi isə bir vaxtlar “Simurq”u çalışdırmış Georgi Çixradze olacaq.

Qeyd edək ki, mövsümün sonunda “Qəbələ”dən ayrılan Roman Qriqorçuk iyunun 1-də Qazaxıstanın “Astana” klubunun sükanı arxasına keçib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır