«Cim bom» daha bir çex ulduzla anlaşmaq üzrə

«Cim bom» daha bir çex ulduzla anlaşmaq üzrə
DÜNYA FUTBOLU 13 May 2010 / 12:00 2412
-  A +

«Qalatasaray» daha bir çex ulduzun transferi ilə bağlı görüşlərə başlayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, «sarı qırmızılı»ların əsas hədəfinin İngiltərənin «Arsenal» komandasında forma geyən Tomas Rosiçki olduğu bildirilir. Artıq futbolçunun meneceri ilə danışıqların getdiyi qeyd edilərək tərəflərin gələn həftə bazarlıq üçün masaya oturacağı söylənilir. 30 yaşındakı futbolçunun transfer qiyməti 10 milyon avrodur. «Cim bom»un Rosiçkini israrla istəməsinin əsas səbəbi kimi onun Milan Baroşla milli komandada uzun illərdir bir arada oynaması və bir-birini yaxşı başa düşməsi göstərilir.
Qeyd edək ki, Rosiçki bu mövsüm oynadığı 25 matçda 3 qol vura bilib.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır