PSJ-də ciddi itki – Neymar yenə zədələndi

PSJ-də ciddi itki – Neymar yenə zədələndi
XƏBƏR 21 Yanvar 2018 / 10:58 4625
-  A +

PSJ Fransa çempionatının 22-ci turunun "Lion"la səfər oyununa ciddi itki ilə çıxacaq.

Qol.az-ın məlumatına görə, paytaxt klubunun lideri Neymar vacib görüşdə komandasına kömək edə bilməyəcək. Bud nahiyyəsində zədə aşkarlanan braziliyalı hücumçunun adı iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, 1 həftə əvvəl qabırğasındakı zədəyə görə "Nant"la matçı buraxan Neymar çərşənbə günü "Dijon"la kubok oyununda (8:0) poker etməklə yanaşı, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi