“Liverpul” yetirməsini geri qaytarır

“Liverpul” yetirməsini geri qaytarır
XƏBƏR 12 Yanvar 2018 / 01:38 4380
-  A +

“Liverpul” “Frayburq”da çıxış edən yetirməsi Rayan Kenti geri qaytarır.

Qol.az-ın Bundesliqa təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

“Liverpul” 6 ay əvvəl Kenti 1 illik icarəyə versə də, 21 yaşlı futbolçunun lazımi qədər oyun praktikası qazana bilməməsi səbəbindən onu heyətinə qaytarır.

Qeyd edək ki, Bundesliqada cəmi 6 oyuna çıxan Rayan Kent bunların heç birində 90 dəqiqə mübarizə aparmayıb.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi