“Neftçi” legioneri ilə yolları ayırdı

“Neftçi” legioneri ilə yolları ayırdı
XƏBƏR 16 Dekabr 2017 / 13:14 4920
-  A +

“Neftçi” futbolçusu Pavel Dreksa ilə yolları ayırıb.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib.

Onun sözlərinə görə, çexiyalı müdafiəçinin icarə müqaviləsi başa çatdığından komandadan göndərilib.

Qeyd edək ki, Dreksa bu ilin yanvar ayında Çexiyanın “Karvina” klubundan icarəyə götürülmüşdü.

Daha çox


Son xəbərlər