Fransanın paytaxtı Parisdəki dünya çempionatı zamanı Dünya Güləş Birliyi (UWW) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Azərbaycan Güləş Federasiyasından Qol.az-a verilən məlumata görə, iclasda güləş ictimaiyyətini maraqlandıran bir sıra məsələlər müzakirə edilib və qərar qəbul edilib.
Müzakirə edilən məsələlərdən ən başlıcası çəki dərəcələrində edilən dəyişikliklər olub. Qurumun yeni qərarına əsasən, böyüklər yaş kateqoriyasında çəki dərəcələrinin sayı 8-dən 10-a artırılıb. Olimpiya çəki dərəcələrinin sayı isə 6 olaraq qalıb.
Beləliklə, 2018-ci ilin yanvarın 1-dən etibarən təqvim planı üzrə bütün güləş yarışları dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək:
Sərbəst güləş: 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq
Yunan-Roma güləşi: 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq
Qadın güləşi: 50, 53, 55, 57, 59, 62, 65, 68, 72 və 76 kq
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar:
Sərbəst güləş: 57, 65, 74, 86, 97 və 125 kq
Yunan-Roma güləşi: 60, 67, 77, 87, 97 və 130 kq
Qadın güləşi: 50, 53, 57, 62, 68 və 76 kq
Gənclər və U-23 yaş kateqoriyasında olan güləşçilər də bu çəki dərəcələrində mübarizə aparacaqlar. Yeniyetmələr və azyaşlı yeniyetmələrin çəki dərəcələri ilə bağlı qərar isə yaxın günlərdə qəbul ediləcək.
Bundan başqa, müzakirə olunan güləş qaydalarında bəzi dəyişikliklər təsdiqlənib. Bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan qayda dəyişikliyi 2018-ci ilin yanvarın 1-dən bütün yaş kateqoriyalarında tətbiq ediləcək. İkinci yarış günündə normadan 2 kq artıq çəkidə güləşməyə icazə verilməsi isə yalnız 2018-ci ildə keçiriləcək yarışlarda tətbiq olunacaq. 2019-cu ilin yanvarından etibarən isə normadan artıq çəkidə güləşməyə icazə verilməyəcək.
Joau Feliks Səudiyyə Ərəbistanına yollana bilər
Millimiz böyük hesabla Belarusa uduzdu
"Mançester Yunayted" onün üçün 60 milyon ödəməyə hazırdır
"Monako" Poqbanın transferini açıqladı
Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi oldu
"Neftçi"dən daha bir transfer - Rəsmi
Mahir “Kayzerslautern”də ilk oyuna çıxdı və qol vurdu
"Neftçi" növbəti transferini açıqladı
"Kəpəz" üç legioneri ilə yollarını ayırdı - Rəsmi
"Sabah" onu da göndərdi - Rəsmi
"Arsenal"ın kapitanı evləndi - Şəkillər
"Barselona" Messiyə olan son borcunu ödəyir
"Milan"dan getdilər
"Sabah"ın "Selye" ilə oyunlarının hakimləri məlum oldu
"Kəpəz" kapitanı ilə yolları ayırdı
"Yuventus"da ciddi itki
Azərbaycanın qadın güləşçisi karyerasını başa vurdu
"Zirə"nin "Hayduk"la oyunlarının vaxtı açıqlandı
Jiru klubundan ayrıldı
PSV Perişiçi buraxmadı
37 yaşlı dünya çempionu ilə müqaviləni uzadıldı
Laporta De Yonq qərarını açıqadı
Ançelottinin DÇ-2026 üçün Neymar planı
"Atletiko" transferlər üçün bu məbləği ayırdı
Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında
Montella ilə bağlı qərar verildi - Rəsmi
"Liverpul"dan yeni transfer
"Real"dan Alaba ilə bağlı açıqlama
"Borussiya" qapıçı transfer etdi
Azərbaycan millisi Ermənistan və Gürcüstana qalib gəldi
A seriyası klubu türk futbolçu transfer etdi
Premyer Liqa klubunda yeni baş məşqçi - Rəsmi
Azərbaycanlı keçmiş klub prezidenti intihar edib
Cilardino A seriyası klubunun baş məşqçisi oldu
Van Nistelroyla yollar ayrıldı - Rəsmi
"Napoli" qapıçısı ilə müqaviləni uzatdı
"Seltik" yeni transferini açıqladı
"Mançester Yunayted"də yeni müqavilə
"Araz-Naxçıvan"ın rəqibi yoxlama oyunları keçirəcək
Uilyams "Atletik"in rəhbərliyinə nə deyib?
"Sabah" yeni transferini açıqladı - Rəsmi
"Yeni transferlər gözlənilir" - "Karvan"ın baş məşqçisi
"Yuventus" tarixində 2-ci dəfə
Kuman və Laporta barışdılar
Jiru Avropa futboluna qayıdır?