“Fənərbaxça”nı atıb Azərbaycana gələn oğlan – Tarixin şəkli

“Fənərbaxça”nı atıb Azərbaycana gələn oğlan – Tarixin şəkli
TARİXİN ŞƏKLİ 6 Dekabr 2016 / 15:59 10159
-  A +

Bu şəkil 2002-ci ildə çəkilib. “Fənərbaxça”nın əvəzedici heyəti çempion olub. Kuboku qaldıran isə komandanın kapitanı – azərbaycanlı İlqar Qurbanovdur.

Azərbaycan futboluna böyük pulların axıdıldığı vaxtda İlqar Qurbanov cəmi 18 yaşındaykən, 2004-cü ildə liderlərindən olduğu “Fənərbaxça”nın gənclərdən ibarət komandasından ayrılaraq “Xəzər Lənkəran”a keçdi. Sonra “Sivasspor”, “Olimpik-Şüvəlan” (indiki AZAL), “Mersin İdmanyurdu”nda çox da uğurlu olmayan karyera keçirdi.

Bu gün İlqar “Qarabağ”da çıxış edir. Daha çox ehtiyat oyunçu kimi. Amma hər halda buradakı çıxışı ilə belə komandasına faydası az dəymir.

Bəs, görəsən, gəncliyində “Xəzər Lənkəran”ın cəlbedici təklfini rədd edib “Fənərbaxça”da qalsaydı, bu gün İlqar futbolda haralarda ola bilərdi? 

Bəlkə də daha yüksək yerlərdə...

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"