Sosial şəbəkələrdə maraqlı bir şəkil paylaşılıb və orada Rəşad Sadıqovla Robert Levandovski top uğrunda mübarizə apardığı əsk olunub. Bu şəkil bizi düz 15 il əvvələ aparıb çıxarır.
Dortmundun fantastik azarkeş dəstəyinə malik "Siqnal İduna Park" stadionunda yerli "Borussiya" Azərbaycan təmsilçisi "Qarabağ"ı qəbul edir. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunudur.
2010-cu ilin 19 avqustu. "Lex"dən ayrılan Robert Levandovski (o vaxt 22 yaşı vardı) "Borussiya"ya yenicə transfer olunub. Bu, onun legioner kimi addım atdığı ilk klubdur. Yəni Robertin gələcək böyük Avropa karyerası məhz "Borussiya"dan başlayır və təsadüfdən, avrokubokda ilk rəqib məhz bizim "Qarabağ"dır.
Ağdam təmsilçisi ilə görüş Levandovskinin Dortmundda avrokubokdakı rəsmi debütü olur. O, bu matçda cəmi 20 dəqiqə iştirak edir. Baş məşqçi Yurgen Klopp polşalı futbolçusuna hələlik az şans verir. Amma daha çox oyun şansı, daha çox qol hələ qarşıdakı aylarda, illərdə olacaq: "Borussiya"da, "Bavariya"da, "Barselona"da...
Bu şəklin çəkildiyi matçda isə "Borussiya" "Qarabağ"a 4:0, bir həftə sonra Bakıdakı görüşdə 1:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə adlayır. Levandovski Azərbaycandakı oyunda 29 dəqiqə meydanda olur. O, hər iki görüşdə sonradan oyuna girir, amma qol vura bilmir.
"Qarabağ"a gəlincə, Qurban Qurbanov komandası uduzsa da, dalbadal 2 dəfə Avroliqada təsnifat mərhələsinin "pley-off"una vəsiqə qazanan ilk Azərbaycan komandası olur. Lakin bir neçə il sonra "Qarabağ" Qurbanovun baş məşqçliyi, Rəşad Sadıqovun isə kapitanlığı ilə Avropa Liqasının daimi qrup iştirakçısına çevrilir, 1 dəfə isə ÇL-in qrupunda oynayır...
"Qarabağ"ın Avropaliqada final mərhələsinin "pley-off"una adladığı illər də olur. Lakin onda Rəşad Sadıqov artıq futbolçu karyerasını başa vurmuşdu və indi baş məşqçidir. 36 yaşlı Levandovski isə karyerasını indi də "Barselona"da davam etdirir...
Onların bir daha yaşıl meydanda məşqçi-futbolçu, məşqçi-məşqçi kimi üz-üzə gəlib-gəlməyəcəyini isə artıq zaman göstərər.
ELNUR,
QOL.az

Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama