Layihə. Azərbaycan futbolunu tarixi. Heç kim və heç nə unudulmur!
Futbol tariximizdən bəhs edən layihəmizdə müxtəlif səpkili yazıları sizə təqdim edirik. Söhbət ümumi olaraq Azərbaycan futbolunun tarixindən getdiyindən çalışırıq ki, bütün dövrlərə və bütün mövzulara toxunaq. Tək müsahibələrlə kifayətlənməyib araşdırma yazılara da yer veririk. Şübhəsiz ki, bu zaman SSRİ dönəminə də toxunmaya bilmərik. Etiraf edək ki, futbolumuzun sovet dövrü də çox mühüm əhəmiyyət daşıyır. Çünki bir çox klublarımız, stadionlarımız, futbolçularımız məhz SSRİ vaxtı həyata vəsiqə qazanıb. Bu mənada sirr deyil ki, 100 ildən çox yaşı olan futbolumuz iki mərhələyə bölünüb.
Birinci mərhələ sovet dövrünə, digəri isə müstəqillik dövrümüzə təsadüf edən tarix. Budəfə yazımız məhz sovet dövrünə əhatə edir. O vaxt da futbol üzrə Azərbaycan çempionatı keçiriirdi. Adı da Azərbaycan SSRİ çempionatı idi. Çempionatın adı müvafiq olaraq yüksək dəstə, güclülər dəstəsi adlanırdı. SSRİ miqyaslı yarışlarda ölkəni bir qayda olaraq “Neftçi” təmsil edib. Müxtəlif vatxlarda “Neftyanik” və “Neftçi” adları ilə. Yalnız 1962-ci ildə Gəncənin “Dinamo” komandası SSRİ çempionatının güclülər dəstəsinə vəsiqə qazanmağı bacarıb. Bu tarixdə ilk və yeganə mövsüm olub ki, ittifaqın elitasında eyni anda Azərbaycandan iki klub çıxış edib. Lakin gəncəlilər orda çox davam gətirə bilməyib və bir ildən sonra yenidən aşağı liqaya qayıdıb. Yerdə qalan digər güclü klublarımız isə ən yaxşı halda SSRİ çempionatının II dəstəsində çıxış edib. Bura “Xəzər” (Sumqayıt), “Xəzər” (Lənkəran), “Göyəzən”, “Qarabağ”, “Dinamo” (Kirovobad), “Bakılı”, “Temp” kimi komandalar daxil olub. Daha aşağı kateqoriyalı klublarımız isə bir qayda olaraq daxili çempionatda mübarizə aparıb. Yəni Azərbaycan SSRİ çempionatında. Daxildə də yüksək və birinci dəstələr olub. İndi isə tarixi bir qədər də dərindən vərəqləyək.
İlk futbol üzrə Azərbaycan SSRİ çempionatı 1928-ci ildə keçirilib və çempion adını Bakının Həmkarlar İttifaqının “Proqres-2” komandası qazanıb. Bu komanda Bakını təmsil edirdi. Lakin fəaliyyəti uzun sürmədi və bir neçə ildən sonra dağıldı. Ümumiyyətlə nəzərinizə çatdıraq ki, ilk illərdə çempionatdakı komandaların sayı o qədər də çox deyildi. Daha çox 6-7 komanda olurdu ki, bunlar da Bakı və ətraf qəsəbələri təmsil edirdi. Komandalar isə həmkarlar ittifaqlarını, müxtəlif zavod, fabriklərin komandaları olurdu. Yəni, bir növ peşəkar çempionatdan daha çox həvəskar çempionata bənzəyirdi ki, bu da hardasa başadüşülən idi. Buna Azərbaycan SSRİ çempionatından daha çox Bakı çempionatı demək də yerinə düşərdi. Amma bir maraqlı məqama da toxunaq ki, ilk Azərbaycan çempionatında Xankəndi, Gəncə, Balakən, Şəki, Qaxın komandaları mübarizə aparıb. Amma ümumilikdə paytaxt klublarının sayı nəzərəçarpacaq dərəcədə çox olub. Bu proses ötən əsrin 60-cı illərinə kimi davam edib. Yəni həmin illərə qədər ölkə çempionatları paytaxt klublarının hegemonluğu ilə keçib. Bu mənada təsadüfi deyil ki, 1961-ci ilə kimi çempion adını yalnız paytaxt klubları qazanıblar. Yalnız 1961-ci ildə Qubanın “Spartak” komandası tarixi nəticəyə imza ataraq ölkə futbolunda inqilab edib və bölgə klubları arasında ilk dəfə Azərbaycan kubokuna sahib çıxıb.
Ümumiyyətlə, Sovetlər vaxtı Quba futbolu daha çox inkişaf edib. Elə haqqında danışdığımız “Spartak” 1960-61-cı il mövsümündə Azərbaycan çempionu adını qazanıb. Maraqlandıq ki, həmin heyətdən cəmi üç nəfər sağ qalıb. Bunlardan Cahangir Hüseynov Bakıda yaşayır. Digər şəxs Adil Cəfərovdu. Bir də Mayıl adlı bir şəxs də sağ olsa da öyrəndik ki, yataq xəstəsidir. 1979-cu ildə isə komanda Azərbaycan kubokunun sahibi olub. Bu uğur həm də Azərbaycanın futbol tarixinə düşüb. Çünki 1979-cu ilə kimi keçirilən bütün kubok oyunlarını Bakı klubları qalib tamamlamışdı. Yalnız “Spartak” 1979-cu ilə bölgə komandaları arasında ilk dəfə ölkə kubokunu qazanmağı bacarır.
“Spartak”ın uğurundan iki il sonra isə Sumqayıtın “Polad” komandası da çempion adını qazana bilib. “Polad” da 60-cı illərdə sürətlə inkişaf edən və uzun müddət ölkə futbolundakı öncül klublardan olub. Sonrakı illərdə isə daha bir neçə bölgə komandası da çempionluq sevinci yaşasa da, daha çox bu ada elə paytaxt klubları sahib çıxıblar. Məsələn, Xankəndinin “Qarabağ” komandası 1977-ci ildə ölkə çempionu adını qazanıb. 1980-cı ildə isə indiki Şirvan, o vaxtkı Əli-Bayramlını təmsil edən “Energetik” də çempion olub. Təəssüf ki, sonradan bu komanda da fəaliyyətini dayandırdı. Hazırda da Şirvanda stadion boş qalıb və ölkənin böyük şəhərlərindən biri futola həsrətdi.
Azərbaycan SSRİ-nin son çempionu adını isə Sumqayıtın “Xəzər” komandası qazanıb. Ümumiyyətlə onu deyək ki, o vaxt ölkənin birnömrəli komandası hesab olunan “Neftçi” yalnız SSRİ çempionatlarında çıxış edirdi. Bundan başqa, 80-ci illərdən etibarən Azərbaycan çempionu adını qazanan komandalar SSRİ çempionatının II dəstəsində mübarizə aparmaq hüququ əldə etməyə başladılar. Bu adı qazanan komandalar daha Azərbaycan çempionatında çıxış etmirdilər və SSRİ çempionatında oynamağa başlayırdılar. Müxtəlif illərdə Sumqayıtın “Xəzər”, Gəncənin (o vaxtkı Kirovobad) “Kəpəz”, Ağdamın “Qarabağ”, Qazaxın “Göyəzən” komandaları SSRİ çempionatının II dəstəsində mübarizə aparıblar. 1988-89 futbol mövsümündə SSRİ çempionatının II dəstəsində 4 Azərbaycan komandası iştirak etmişdi: “Kəpəz”, “Göyəzən”, “Xəzər” (Sumqayıt) və “Bakılı”. Yekunda müvavif olaraq “Göyəzən” 5-ci, “Xəzər” 11-ci, “Bakılı” isə sonuncu, 16-cı pilləni tutmuşdu. Yalnız “Kəpəz” I dəstəyə vəsiqə uğurunda uzun müddət Kutaisi “Torpedo”su ilə mübarizə aparsa da, yekunda 43 xalla ikinci pilləni tutaraq istəyinə çata bilməmişdi. Belə ki, gürcülər 53 xalla I dəstəyə vəsiqə qazanmışdılar. Bəli, qeyd etdiyimiz kimi, SSRİ çempionatında oynayan komanda təbii olaraq Azərbaycan SSRİ çempionatında çıxış etmirdilər.
Ümumiyyətlə, yazının əvvəində qeyd etdiyimiz kimi, sovet dövründə Azərbaycan çempionatında daha çox bölgə və paytaxtın nisbətən zəif komandaları iştirak edirdilər. Maraqlı faktlardan biri paytaxtın ard-arda 4 dəfə Azərbaycan çempionu adını qazanmasıdır (1973-74-75-76).
İndi isə Azərbaycan SSRİ çempionatının bütün qaliblərinin adlarını sizə təqdim edirik:
İllər Çempion
1928. “Proqres-2” (Bakı, Həmkarlar FK)
1929 - 1933 - keçirilməyib
1934. “Profsoyuz” (Bakı)
1935. “Cənub İnşaatçısı” (Bakı)
1936. “Cənub İnşaatçısı” (Bakı)
1937. “Lokomotiv” (Bakı)
1938. “Lokomotiv” (Bakı)
1939. “Lokomotiv” (Bakı)
1940. “Lokomotiv” (Bakı)
1941 - 1943 - keçirilməyib
1944. “Dinamo” (Bakı)
1945 - keçirilməyib
1946. “Lokomotiv” (Bakı)
1947. Əmək ehtiyatları (Bakı)
1948. KKF (Bakı)
1949. KKF (Bakı)
1950. “İskra” (Bakı)
1951. Orconikidzeneft (Bakı)
1952. Orconikidzeneft (Bakı)
1953. Orconikidzeneft (Bakı)
1954. S.M.Budennoqo adına Zavod (Bakı)
1955. Orconikidzeneft (Bakı)
1956. NPU Orconikidzeneft (Bakı)
1957. NPU Orconikidzeneft (Bakı)
1958. NPU Orconikidzeneft (Bakı)
1959. Bakı yığması-Spartakiada
1960. OİK (Bakı)
1961. “Spartak” (Quba)
1962. OİK (Bakı)
1963. “Araz” (Bakı)
1964. “Polad” (Sumqayıt)
1965. “Vostok” (Bakı)
1966. “Vostok” (Bakı)
1967. “Araz” (Bakı)
1968. OİK (Bakı)
1969. “Araz” (Bakı)
1970. OİK (Bakı)
1971. “Kimyaçı” (Sumqayıt)
1972. “Suraxanılı” (Bakı)
1973. “Araz” (Bakı)
1974. “Araz” (Bakı)
1975. “Araz” (Bakı)
1976. “Araz” (Bakı)
1977. “Qarabağ” (Xankəndi)
1978. SKİF (Bakı)
1979. OİK (Bakı)
1980. “Energetik” (Əli-Bayramlı)
1981. “Gənclik” (Bakı)
1982. “Toxucu” (Bakı)
1983. “Termist” (Bakı)
1984. “Termist” (Bakı)
1985. “Xəzər” (Sumqayıt)
1986. “Göyəzən” (Qazax)
1987. “Araz” (Naxçıvan)
1988. “Qarabağ” (Ağdam)
1989. “İnşaatçı” (Sabirabad)
1990. “İnşaatçı” (Sabirabad)
1991. “Xəzər” (Sumqayıt)
Sovet vaxtı çempionatla yanaşı eyni zamanda Azərbaycan SSRİ kuboku da keçirilirdi. Ancaq deyək ki, çempionatdan fərqli olaraq kubok yarışları 8 il sonra keçirilməyə başlamışdı. Azərbaycan SSRİ-nin ilk kubok yarışı 1936-cı ildə keçirilmiş və qalib adını da Bakının “Cənub İnşaatçısı” komandası qazanmışdı. Demək yerinə düşərdi ki, çempionatda olduğu kimi kubok yarışlarında da paytaxt komandalarının böyük üstünlüyü olur. 1957-ci ilə kimi qalib adını yalnız Bakı komandaları qazanıblar. Yalnız 1957-ci ildə Tovuzun “Məhsul” komandası Bakı komandalarının hegemonluğuna son qoymuşdu. Bundan başqa, 1959-cu ildə Qubanın “Neftyanik”, 1960-ci ildə isə Sumqayıtın ABZ (Azərbaycan boru-prokat zavodu) komandaları da kuboku paytaxt komandalarına verməmişdilər. Ümumiyyətlə, 50-ci illərin sonuna doğru bölgə futbolunda inkişaf hiss olunmağa başladı. Bununla belə, 60-cı illərdə ölkə kubokunu daha çox paytaxt klubları qazanıb. Yalnız 1968-cı ildə Mingəçevirin “Politexnik” komandası ölkə kubokuna sahib çıxıb. 1972-ci ildə Mingəçevirin başqa bir təmsilçisi olan “İzolit” də ölkə kubokuna sahib çıxb. Lakin Azərbaycan SSRİ kubokunun son qalibi paytaxt təmsilçisi olan “İnşaatçı” olmuşdu. Diqqət çəkən məqamlardan biri də paytaxtın başqa bir təmsilçisi “Vostok”un ard-arda 3 il-1964, 65, 66-ci illərdə, kuboka sahib çıxmasıdır. Bundan başqa, Masallının “Viləş” klubu da 80-ci illərdə kuboka sahib çıxmağı bacarıb.
Qeyd edək ki, sovet dövründə Azərbaycan kubokunda yalnız Azərbaycan çepionatında iştirak edən komandalar çıxış edirdilər. İndi isə Azərbaycan SSRİ kubokunun da bütün qaliblərinin siyahısını sizə təqdim edirik.
1936. “Cənub İnşaatçısı” (Bakı)
1937. “Temp” (Bakı)
1938. “Temp” (Bakı)
1939. “Lokomotiv” (Bakı)
1940. “Dinamo” (Bakı)
1941 - 1946 - keçirilməyib
1947. “Pişevik” (Bakı)
1948. “Pişevik” (Bakı)
1949. KKF (Bakı)
1950. Əmək ehtiyatları (Bakı)
1951. S.M.Budennoqo adına Zavod (Bakı)
1952. S.M.Budennoqo adına Zavod (Bakı)
1953. “Dinamo” (Bakı)
1954. BODO (Bakı)
1955. S.M.Budennoqo adına Zavod (Bakı)
1956. NPU Orconikidzeneft (Bakı)
1957. “Məhsul” (Tovuz)
1958. SK BO PVO Bakı
1959. “Neftyannik” (Quba)
1960. ATZ (Sumqayıt)
1961. NPU Orconikidzeneft (Bakı)
1962. OİK (Bakı)
1963. OİK (Bakı)
1964. “Vostok” (Bakı)
1965. “Vostok” (Bakı)
1966. “Vostok” (Bakı)
1967. “Abşeron” (Xırdalan)
1968. “Politexnik” (Mingəçevir)
1969. OİK (Bakı)
1970. OİK (Bakı)
1971. “Suraxanılı” (Bakı)
1972. “İzolit” (Mingəçevir)
1973. OİK (Bakı)
1974. OİK (Bakı)
1975. “Suraxanılı” (Bakı)
1976. OİK (Bakı)
1977. “Suraxanılı” (Bakı)
1978. OİK (Bakı)
1979. “Suraxanılı” (Bakı)
1980. “Energetik” (Əli-Bayramlı)
1981. “Gənclik” (Bakı)
1982. “Gənclik” (Bakı)
1983. “Viləş” (Masallı)
1984 “Qənnadıçı” (Gəncə)
1985 “Qənnadıçı” (Gəncə)
1986. “İnşaatçı” (Sabirabad)
1987. “Xəzər” (Lənkəran)
1988. “Araz” (Bakı)
1989. “Gənclik” (Bakı)
1990. “Qarabağ” (Ağdam)
1991. “İnşaatçı” (Bakı)
Anar XANLAROV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
U-18 Qəbələdə toplanır
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”