Elnur Cəfərovun komandasının oyununda qalmaqal - Video

Elnur Cəfərovun komandasının oyununda qalmaqal -  Video
VİDEO 24 Oktyabr 2016 / 14:00 4564
-  A +

Xorvatiya II divizioununda keçirilən "Duqopole" - "Sesvete" oyununda maraqlı hadisə yaşanıb.

Qol.az-ın məlumatına görə, meydan sahibləri 2:1 hesabı ilə öndə olarkən qonaqlar penalti qazanıb.

Ancaq matçın baş hakimi Tino Kreçak Ante Aralitsanın təmiz qolunu qeydə almayıb.

Buna qapı torundakı deşik səbəb olub. Bu, referinin gözündən yayınıb. Qonaqların etirazı da faydasız olub.

Buna baxmayaraq, oyunun 90+5-ci dəqiqəsində qonaqlar bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, azərbaycanlı futbolçu Elnur Cəfərov “Duqople”də çıxış edir. O, bu oyunda iştirak etməyib.



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi