Premyer Liqamızda yeni rekord

Premyer Liqamızda yeni rekord
PREMYER LİQA 27 Sentyabr 2016 / 18:05 6785
-  A +

Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, VI turun “Kəpəz” – “Qarabağ” matçında gerçəkləşib. 1:1 hesabı ilə nəticələnən qarşılaşma mövsümün arxada qalan hissəsində ən çox tamaşaçı toplayan matç olub.

Gəncə şəhər stadionundakı görüşü 14 min 238 seyrçi izləyib. Bu matçadək mövsümün rekordu Gəncədə keçirilən digər matça təsadüf etmişdi. IV turun “Kəpəz” – “Zirə” görüşü (2:0) 10 min azarkeş toplamışdı.

Maraqlıdır ki, mövsümün ən çox tamaşaçı toplayan 3-cü oyunu də “Kəpəz”in doğma meydanda keçirdiyi qarşılaşmadır. II turun AZAL-la Gəncədəki matçında 5 min seyrçi qeydə alınmışdı.     

Ümumiyyətlə, mövsümün arxada qalan 23 matçını 49 min 328 tamaşaçı izləyib. Bu, orta hesabla hər matça 2145 azarkeş deməkdir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi