Emin Mahmudov və Ramil Şeydayev yığmamızda debüt etdi

Emin Mahmudov və Ramil Şeydayev yığmamızda debüt etdi
XƏBƏR 4 Sentyabr 2016 / 21:45 4288
-  A +

Emin Mahmudov milli komandamızda debüt edib.

Qol.az-ın məlumatına görə, “Boavişta”nın yarımmüdafiəçisi DÇ-2018-in seçmə mərhələsində San Marinoya qarşı keçirilən görüşün 78-ci dəqiqəsində meydana daxil olub. 24 yaşlı futbolçu Dmitri Nazarovu əvəzləyib. Mahmudov meydana 16 nömrəli forma ilə çıxıb. 

Qeyd edək ki, yığmamız hazırda San Marinoya 1:0 hesabı ilə qalib gəlir.

Emin Mahmudov kimi Ramil Şeydayev də millimizdə debüt edib. Gənc forvard 89-cu dəqiqədə Ağabala Ramazanovu əvəzləyib. Şeydayev meydana 20 nömrəli forma ilə çıxıb.
 

Daha çox


Son xəbərlər
19.04.19  18:40

Pedro birinci oldu

19.04.19  16:38

Mahirin 100-cü oyunu