Ukraynalı olimpiya çempionuna Azərbaycandan dəvət

Ukraynalı olimpiya çempionuna Azərbaycandan dəvət
XƏBƏR 29 Avqust 2016 / 12:41 3717
-  A +

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış ukraynalı idman gimnastı Oleq Vernyayev Azərbaycandan təklif alıb. Bu barədə 23 yaşlı idmançının özü "Podrobnosti"yə açıqlamasında bildirib.
 
O deyib ki, vətəndaşlığını dəyişmə təklifi Almaniya və Rusiyadan da gəlib. Lakin Vernyayev hələlik gözləmə mövqeyi tutduğunu söyləyib: "Təkliflər gəlib və cavab gözləyirlər, onlar heç vaxt bizdən uzaqlaşmır. Mənə sadəcə, siqnal vermək kifayətdir, vəssalam. Son olaraq, Almaniya dəvət göndərib. Habelə, Rusiya və Azərbaycandan da təklif var. Amma başa düşmək lazımdır ki, hazırda bu məsələyə baxmır, bu barədə düşünmür və heç yerə getməyi planlaşdırmıram. Lakin bizə yenə tüpürsələr və idmanı özbaşına buraxsalar, o zaman təkliflərə baxacağıq. Amma indi vətəndaşlığı dəyişməyi düşünmürəm".
 
Vernyayev sosial şəbəkələrdə dolaşan fotosuna əsasən, onun Rusiya idmançıları ilə dostluq etdiyi barədə ittihamları da cavablandırıb: "Qoy, bu divan qoşunları "Youtube"yə baxsınlar, bütün fotolarımı açsınlar və barmağımla hansı gerbi göstərdiyimi, hansı bayrağı ucaltdığımı görsünlər. Başqa cavabım yoxdur".
 
Qeyd edək ki, Oleq Vernyayev "Rio-2016"da paralel qollarda hərəkətlərdə qızıl, barlarda isə gümüş medal qazanıb. O, həmçinin dünya və 4 qat Avropa çempionu, "Bakı-2015" I Avropa Oyunlarının ikiqat qalibidir (sportnet.az). 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi