Fabio Luis Ramim «Bakı»nın əsas rəqiblərinin adını açıqladı

Fabio Luis Ramim «Bakı»nın əsas rəqiblərinin adını açıqladı
XƏBƏR 29 Yanvar 2010 / 11:23 2388
-  A +

"Bakı" və Azərbaycan milli komandasının braziliyalı yarımmüdafiəçisi Fabio Luis Ramim bu il ölkə çempionatnın daha gərgin və maraqlı keçdiyini düşünür. Qol.Az-ın «Bakı»nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu altılıqda yer alan komandaların hamısının medallar uğrunda mübarizə aparacağını söyləyib: "Məncə, final mərhələsinə qatılan bütün komandaların çempionluq şansları var. Daha yaxşı hazırlıq keçən və ortaya taktiki rəngarənglik qoymağı bacaran kollektiv qələbəyə daha yaxın olacaq. Bizim komanda əla futbolçulardan təşkil olunub. İlk dövrəni də pis oynamadıq, amma mənə elə gəlir ki, indi komandamız daha güclüdür. Heyətə yeni oyunçular dəvət olunub. Venio çox təcrübəli futbolçudur, Adriano və Bərəkət də səviyyəli oyunçulardır. Komandamız istənilən vəzifənin öhdəsindən gəlməyə qadirdir. İlk olaraq "Turan"la oyunda qələbəni təmin edərək üç xalı qazanmalıyıq. Sonra isə "Neftçi" ilə çətin oyunumuz var. Rəqiblərə eyni gözlə baxırıq. Çempiona qarşı bütün komandalar var güclə oynayır».
Fabionun fikrincə, çempionluq mübarizəsinin "İnter", "Xəzər Lənkəran", "Neftçi", "Qarabağ" və "Bakı" arasında gedəcəyi daha ağlabatandır: «Ancaq digər komandaları da unutmaq lazım deyil. Son mərhələdə hər şey komandaların durumundan asılı olacaq". 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır