Arda Turan “Böyük kapitan”lığı Bülənt Qorxmazın əlindən aldı

Arda Turan “Böyük kapitan”lığı Bülənt Qorxmazın əlindən aldı
DÜNYA FUTBOLU 25 Yanvar 2010 / 12:26 2873
-  A +

Dünən Türkiyə çempionatının növbəti turu çərçivəsində keçirilən “Qalatasaray” - “Qaziantepspor” oyununun sonlarında maraqlı anlar yaşanıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı-qırmızılılar”ın 1:0 hesabı ilə qalib gəldiyi matçın sonlarında bütün stadion bir ağızdan “Böyük kapitan” - Arda Turan” qışqırıb. Susmaq bilməyən tərəfdarlar uzun müddət gənc futbolçunun şərəfinə şüarlar səsləndiriblər.
Maraqlıdır ki, bu günə qədər “Qalatasaray”lı azarkeşlər yalnız hazırda “Bakı”nın baş məşqçisi postunu tutan Bülənt Qorxmazı “Böyük kapitan” adlandırırdılar.   


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi