“Qaziantepspor” “Bakı”nın rəqibini üstələyə bilmədi

“Qaziantepspor” “Bakı”nın rəqibini üstələyə bilmədi
XƏBƏR 9 Yanvar 2010 / 13:22 1846
-  A +

Yanvar 16-da Moskvada start götürəcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nda “Bakı”yla bir qrupda yer alan Qazaxıstan çempionu “Aktobe” yeni mövsümün hazırlığını davam etdirir. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktau təmsilçisi dünən hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Aktobe” Superliqa təmsilçisi “Qaaziantepspor”la qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Aktau təmsilçisinin yeganə qoluna 22-ci dəqiqədə cərimə zərbəsini dəqiqliklə yerinə yetirən Emil Kenjisarov imza atıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi