"Qəbələ" daha iki futbolçunu transferə çıxardı

XƏBƏR 6 Yanvar 2009 / 18:34 2889
-  A +

"Qəbələ" klubu daha iki oyunçunu transferə çıxarıb. Bunlar müdafiəçi Əli İsmayılov və yarımmüdafiəçi Vüsal Hüseynovdur. "Qəbələ" rəhbərliyi iki futbolçuya komandanın şərəfini qoruduğu müddətdə layiqli çıxış etdiyinə görə öz təşəkkürünü bildirib və gələcək karyeralarında uğurlar arzulayıb. Əvvəl transferə çıxarılan 8 futbolçudan biri - Miliya Jijiçin isə saxlanılmasına qərar verilib. Məşqçilər korpusunun yekun iclasında serbiyalı mərkəz müdafiəçisinin "Qəbələ"yə xeyir verə biləcəyinə dair qərara gəlinib.

Qeyd edək ki, Ə.İsmayılov və V.Hüseynovdan başqa, Cahangir Həsənzadə, Elnur Abbasov, Samir Məmmədov, Asen Nikolov, Şəhruz Mustafayev, Fərrux İsmayılov və Fərzad Hatəmi də transferə çıxarılıblar.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır