"Real"ın avtobusu hücuma məruz qaldı (FOTO)

"Real"ın avtobusu hücuma məruz qaldı (FOTO)
DÜNYA FUTBOLU 24 Avqust 2015 / 12:37 6872
-  A +

"Real"ın avtobusu hücuma məruz qalıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hadisə İspaniyanın Xixon şəhərində baş verib. Səfərdə adıçəkilən şəhərin "Sportinq" klubu ilə oyun öncəsi "Real"ın avtobusuna yerli azarkeşlər şüşə və daşlar tullayıblar. Hadisə zamanı heç bir oyunçunun xəsarət olmadığı bildirilib.

Bu azmış kimi yerli azarkeşlər avtobusun "Real"ın qazandığı kubokların şəkili olan hissəsinə "Barselona" loqoları yapışdırıblar.


Qeyd edək ki, "Sportinq" - "Real" oyunu 0:0 hesabı ilə başa çatıb.




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır