UEFA Polşa çempionunu cəzalandırdı

UEFA Polşa çempionunu cəzalandırdı
DÜNYA FUTBOLU 4 Avqust 2015 / 17:55 4591
-  A +

UEFA Polşanın "Lex" klubunu cəzalandırıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Saraevo" (Bosniya və Hersoqovina) ilə görüşdə polşalı azarkeşlərin irqçi pankartlar açması səbəb olub.

Azarkeşlərin bu davranışına görə UEFA tərəfindən cəzalandırılan Polşa çempionu avrokuboklarda bir ev matçını boş tribunalar qarşısında keçirməli olacaq. Üstəlik kluba 50 min avro cərimə də kəsilib.

Qeyd edək ki, "Lex" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Bazel"ə 1:3 hesabı ilə uduzub. Polşa təmsilçisi "Bazel" səddini keçəcəyi təqdirdə pley-off mərhələsində ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi