"Bavariya"dan Müller açıqlaması

"Bavariya"dan Müller açıqlaması
DÜNYA FUTBOLU 23 İyul 2015 / 11:01 5431
-  A +

"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqe futbolçusu Tomas Müllerin komandadan ayrılacağı iddialarına münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, 25 yaşlı oyunçunun Münhen klubunda qalacağını deyib:

"Müller "Bavariya"da qalacaq. Onun ayrılması okeanın üzərindən bir ördəyin uçaraq keçməsi ilə eyni ehtimaldır".

Qeyd edək ki, "Mançester Yunayted"in Müller üçün 100 milyon avro ödəməyə hazır olduğu iddia edilirdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi