“İnter” Bülənt Qorxmaz olayı ilə bağlı bəyanat verdi

“İnter” Bülənt Qorxmaz olayı ilə bağlı bəyanat verdi
XƏBƏR 22 Oktyabr 2009 / 16:57 1786
-  A +

“İnter” klubu dünən keçirilən "Olimpik-Şüvəlan" - "Xəzər Lənkəran" matçını stadionun tribunasından seyr etmək istəyən "Bakı" klubunun baş məşqçisi Bülənt Qorxmaza mühafizəçilər tərəfindən yaradılan problemlə bağlı bəyanat verib. Klubun mətbuat xidmətindən Qol.Az-a daxil olan bəyanatda deyilir ki,  dünən bəzi Kütləvi İnformasiya Vasitələrində "İnter"klubunun mühafizəçilərilə "Bakı" klubunun baş məşqçisi Bülənt Qorxmaz arasında qarşıdurma baş verməsi barədə informasiyalar yayılıb. "İnter"PİK-in rəhbərliyi bəyan edir ki, oktyabr ayının 21-də "Şəfa" stadionunda keçirilən oyun "Olimpik-Şüvəlan" və "Xəzər-Lənkəran" komandaları arasında olub və "İnter" PİK-in Mühafizə Xidmətinin hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi