Qana və Əlcəzair 1/4 finalda

Qana və Əlcəzair 1/4 finalda
DÜNYA FUTBOLU 28 Yanvar 2015 / 01:43 2840
-  A +

Afrika Millətlər Kubokunun C qrupunda sonuncu turun oyunları keçirilib.

Qol.Az-ın məumatına görə,  turnirin növbəti 1/4 finalçıları müəyyənləşib. 

Seneqalla qarşılaşan Əlcəzair millisi 2:0 hesabı ilə qalib gəlib. Qana millisi isə CAR-a qalib gəlib -  2:1.

Bu qələbə ilə xalını 6-a çatdıran Qana millisi növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb.  Əlcəzair isə eyni xalla  qrup ikincisi kimi 1/4 finala adlayıb.

Qeyd edək ki, digər 1/4 finalçıların adına bu gün aydınlıq gələcək. Konqo, Qvineya, Tunis və Konqo Demokratik Respublikası isə daha əvvəl 1/4 finala adını yazdırıb. 
 

27 yanvar

Afrika Millətlər Kuboku

C qrupu

CAR - Qana - 1:2
Qollar:
Masanqo, 17, (0:1), Boye, 73 (1:1), Ayu, 83 (1:2)
 
Seneqal - Əlcəzair - 0:2
Qollar:
Marez, 11, Bentaleb, 82

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi