Zeynal Məmmədov: “Bülənt Qorxmazın klubumuza uğur qazandıracağına şübhəmiz yoxdur”

Zeynal Məmmədov: “Bülənt Qorxmazın klubumuza uğur qazandıracağına şübhəmiz yoxdur”
XƏBƏR 29 Sentyabr 2009 / 16:26 1872
-  A +

“Bülənt Qorxmazı təqdim etməyə ehtiyac yoxdur. O çox məşhur futbolçu olub. İnanırıq ki, baş məşqçi kimi də uğur qazanacaq. Biz buna inanırıq. Bülənt Qorxmazın “Bakı” klubuna uğur qazandıracağına şübhəmiz yoxdur”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmazın təqdimetmə mərasimində çıxış edərkən komandanın baş meneceri Zeynal Məmmədov deyib. Z.Məmmədov çempionatda heç nə itirmədiklərini də bildirib: “Çempionat təzə başlayıb. Hələ heç nə itirmiməşik. Mübarizə hələ qabaqdadır. İnanırıq ki, bu mövsümdə də uğurlarımızla azarkeşləri sevindirəcəyik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi