Arif Əsədov: “"Simurq"un standard vəziyyətlərdən yaxşı istifadə etdiyini bilirdik”

Arif Əsədov: “"Simurq"un standard vəziyyətlərdən yaxşı istifadə etdiyini bilirdik”
XƏBƏR 27 Sentyabr 2009 / 20:45 1789
-  A +

"Bilirdik ki, "Simurq"la oyun çox çətin olacaq. Bu, 6 xallıq oyun idi. Hər iki hissədə üstünlük tərəfimizdə olsa da, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Əvəzində isə rəqib qapımıza qol vurdu. Necə deyərlər, vurmayana vurarlar”. Bu sözləri bu gün UniBank Premyer Liqanın VI turu çərçivəsində Zaqatalanın “Simurq” klubuna məğlub olan “Neftçi”nin məşqçisi Arif Əsədov deyib. O, rəqibin qalibiyyətində standard vəziyyətlərdən daha yaxşı istifadə edə bilmə bacarığının əsas rol oynadığını da bildirib: "Simurq"un standard vəziyyətlərdən yaxşı istifadə etdiyini bilirdik, məşqlərdə də bunun üzərində işləmişdik. Lakin yenə də standard vəziyyətdən qapımızda qol gördük. Komandamız var gücü ilə oynadı. "Simurq"u qələbə münasibəti ilə təbrik edirəm."

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi