“Volqa” qalib gəldi, Emin 90 dəqiqə oynadı

“Volqa” qalib gəldi, Emin 90 dəqiqə oynadı
XƏBƏR 21 Sentyabr 2009 / 15:02 1717
-  A +

Dünən Rusiya çempionatının ikinci divizionunda növbvəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə həmyerlimiz Emin Ağayevin şərəfini qoruduğu Tverin “Volqa” klubu səfərdə çıxış etməsinə baxmayaraq qələbə qazana bilib. Tverlilər Dmitrov şəhərində eyniadlı komandanı 25-ci dəqiqədə Aleksey Sapoqovun yeganə qolu ilə məğlub ediblər. Millimizin sabiq üzvü bu dəfə də 90 dəqiqə meydanda olub. Bu qələbədən sonra xallarının sayını 42 yüksəldən “Volqa” turnir cədvəlində 7-ci pilləyə yüsəlib.

 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır