“Turan”ın baş məşqçisi yorğunluqdan gileyləndi

XƏBƏR 19 Sentyabr 2009 / 19:50 1741
-  A +

“Oyun çox ağır keçdi. “Qarabağ”a uduzduqdan sonra bugünkü matçda qələbə bizə çox lazım idi. Amma təəssüf ki, ardıcıl ikinci oyunda meydanı xalsız tərk etdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyunsonrası mətbuat konfransında “Turan”ın baş məşqçisi Nizami Sadıqov deyib. Gənc məşqçi komandasının yorğunluqdan əziyyət çəkdiyini bildirib: “Bugünkü oyunda bir xal da qazana bilərdik. Lakin futbolçular şanslardan istifadə edə bilmədilər. Komandanın məğlubiyyətində yorğunluq da öz sözünü dedi. 3 gündən bir ardıcıl oyunlara çıxırıq. Həm də nəzərə almaq lazımdır ki, komandamız bir qədər gec yığılıb. Bununla belə, düşünürəm ki, “altılığ”a vəsiqə qazanmaq şansımız hələ var”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi