Millimizin rəqibinin heyətinə 3 yeni futbolçu cəlb olundu

Millimizin rəqibinin heyətinə 3 yeni futbolçu cəlb olundu
XƏBƏR 8 Sentyabr 2009 / 18:16 1706
-  A +

Dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupda yarışan Uels millisinin heyətinə yeni futbolçular cəlb olunub. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, sabah seçmə tsikldə çərçivəsində Rusiyanı qəbul edəcək Uelsin baş məşqçisi Con Toşak gənclər millisinin 3 üzvünə dəvət göndərib. Təcrübəli mütəxəssis sabahkı matçda müdafiəçi Kristian Ribeyro (“Bristol Siti”), eləcə də yarımmüdafiəçilər Endi Kinq (“Lester”) və Şon Makdonaldsın (“Suonsi”) xidmətindən yararlanmaq fikrindədir.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır