"Simurq" "Sioni" ilə heç-heçə etdi

XƏBƏR 7 Sentyabr 2009 / 01:01 1691
-  A +

"Simurq" dünən Zaqatala stadionunda növbəti yoxlama görüşü keçirib. Qol.Az-ın məlumatına görə, klub Gürcüstan çempionu "VİT-Corciya" ilə oynamağı planlaşdırsa da, müəyyən səbəblərdən bu komanda Zaqatalaya gələ bilməyib. Əvəzində "sarı-qaralar" digər bir Gürcüstan klubu "Sioni" ilə oynayıb. Matç gərgin mübarizə şəraitində keçib və qolsuz başa çatıb: 0:0. Baş məşqçi Roman Pokora zədəli və millinin düşərgəsində olan futbolçular istisna olmaqla, ixtiyarındakı bütün futbolçuların xidmətindən yararlanıb. Maraqlıdır ki, rəqib "Sioni"nin heyətində "Simurq"un keçmiş oyunçusu Mixail Maxviladze 90 dəqiqə forma geyinib.

Mənbə: simurqpfk.com

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi