AFFA-nın baş katibi Lənkərandakı təşkilatı işlərdən danışdı

AFFA-nın baş katibi Lənkərandakı təşkilatı işlərdən danışdı
XƏBƏR 4 Sentyabr 2009 / 13:20 1747
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2010-un seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Lənkəranda Finlandiya millisi ilə qarşılaşacaq milli komandamızın oyununun keçiriləcəyi stadionda hazırlıq işlərinin gedişı ilə tanış olub. Qol.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov Azərbaycan milli komandasının ilk dəfə bölgədə rəsmi oyun keçirəcəyini söyləyib: «Bu münasibətlə futbol ictimaiyyətini təbrik edirəm. 2008-ci ildə cənab Rövnəq Abdullayev AFFA prezidenti seçilərkən futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq regionlarda müxtəlif beynəlxalq oyunların keçirilməsinin vacibliyini bildirmişdi. Artıq bu proses həyata keçirilir, bütün təşkilatı işlər qaydasındadır. Çalışacağıq ki, gələcəkdə milli komandalarımız ev oyunlarnı yalnız paytaxtda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirsin. Çünki bu tədbirlərin regionlarda futbolun inkişafına təkan verəcəyinə əminik. Bu gün çox sevinirik və ikiqat məsuliyyət hissi keçiririk ki, milli komandamız Lənkəranda ilk rəsmi oyununa çıxacaq. Fürsətdən istifadə edərək əvvəlcədən lənkəranlı azarkeşlərə minnətdarlığımızı bildiririk. Biletlərin satış sürətini nəzərə alaraq əminliklə söyləyə bilərik ki, onlar komandamızı sabah fəal şəkildə dəstəkləyəcəklər. Azerkeşlərdən təhlükəsizlik qaydalarına əməl etmələrini xahiş edirik».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi