1/4 finala ilk vəsiqələr kimin olacaq?

1/4 finala ilk vəsiqələr kimin olacaq?
ETOPAZ 11 Mart 2014 / 18:58 3088
-  A +

Futbol üzrə Çempionlar Liqasında bu axşam 1/8 final mərhələsinin 2 cavab oyunu keçiriləcək və bununla da ilk 1/4 finalçıların adı məlum olacaq. Əslində böyük ehtimalla ilk vəsiqələrin hansı komandaya qismət olacağını təxmin etmək olar. "Arsenal"a səfərdə 2 cavabsız qolla qalib gələn "Bavariya"nın öz meydanında böyük hesabla uduzması real görünmədiyindən münhenlilər növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

Düzdür, "Arsenal" Almaniyaya son 5 səfərində uduzmayıb. Ötən mövsümdə "Bavariya"nı Münhendə 2:0 hesabıyla məğlub etməsini də yəqin çoxunuz unutmamısız. Amma ötən il də "Bavariya" ilk oyunda Londonda "Arsenal"a 3:1 hesabıyla qalib gəldiyindən cavab qarşılaşmasına motivasiyasız çıxmışdı və Münhendə uduzmasına baxmayaraq səfərdə vurulan daha çox qol sayəsində növbəti mərhələyə məhz almanlar adlamışdı.

Eyni ssenari bu axşam da təkrarlana bilər. Yaxud "Bavariya" öz azarkeşlərinə daha bir möhtəşəm qələbə bəxş edə bilər. Odur ki, mərc həvəskarları bu oyuna proqnoz verərkən ehtiyatlı olmalıdır. "Alyans Arena"da keçiriləcək "Bavariya"-"Arsenal" matçına www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: "Bavariya"nın qələbəsi 1.15, heç-heçə 5.4, "Arsenal"ın qələbəsi 9.0.

Milandakı ilk oyunda 1:0 hesablı qələbə qazanan "Atletiko" (Madrid) də öz meydanındakı cavab matçına nisbətən rahat çıxacaq. Milanlılar bu axşam hücum futbolu oynamağa, qələbə üçün vuruşmağa məcburdur. Onsuz da "Milan" üçün bu mövsüm A seriyası və İtaliya Kubokunda bütün hədəflər əlçatmazdır. Ona görə Çempionlar Liqasında qalmaq üçün Klarens Zeedorfun komandası "son damla qanına" qədər mübarizə aparacaq. www.etopaz.az bu matça da "təkli oyun" statusu verib.

Əmsallar belədir: "Atletiko Madrid"in qələbəsi 1.35, heç-heçə 4.2, "Milan"ın qələbəsi 5.8. Hər iki qarşılaşma saat 23:45-də başlayacaq. Bol şanslar!!!

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi